Suraxanı RİH başçısının göstərişi ilə Hövsan-Zığ Şosesində növbəti qanunsuz tikinti işləri aparılır?

Cəmiyyət
12.03.2026
16:29
Suraxanı RİH başçısının göstərişi ilə Hövsan-Zığ Şosesində növbəti qanunsuz tikinti işləri aparılır?


Hövsan–Zığ şossesində qanunsuz tikintilər: icazəni kim verib?
Bakının Suraxanı rayonunda, xüsusilə Hövsan–Zığ şossesi ətrafında aparılan tikinti işləri son günlər müzakirələrə səbəb olub. Yerli sakinlər bildirirlər ki, həmin ərazidə bəzi tikililər müvafiq icazə sənədləri olmadan inşa edilir.
Məlum olduğu kimi, şəhərsalma və tikinti qanunvericiliyinə əsasən hər hansı yaşayış və ya obyekt tikintisi üçün müvafiq dövlət qurumlarının rəsmi icazəsi tələb olunur. Lakin sakinlərin iddialarına görə, sözügedən ərazidə aparılan bəzi tikinti işləri bu qaydalara uyğun həyata keçirilmir.
Məsələ ilə bağlı diqqətlər Adil Əliyev rəhbərlik etdiyi Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinə yönəlir. İddialara görə, rayon ərazisində aparılan bəzi tikinti işlərinə yerli icra strukturlarının göz yumduğu bildirilir.
Ekspertlər qeyd edirlər ki, qanunsuz tikintilərin artması həm şəhərsalma planlarına ziddir, həm də gələcəkdə infrastruktur və təhlükəsizlik problemlərinə səbəb ola bilər. Bu səbəbdən məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması və tikinti işlərinin qanunvericiliyə uyğunluğunun yoxlanılması vacib sayılır.
Hazırda məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. İddiaların doğru olub-olmaması isə yalnız müvafiq araşdırmadan sonra məlum olacaq.