Malibo Resdincenin sahibi tanınmış iş adamı Vüqar Qasımov Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb
Cəmiyyət
16.03.2026
11:42
“Malibo Residence”in sahibi Vüqar Qasımovdan Novruz bayramı təbriki
Novruz bayramı münasibətilə “Malibo Residence” yaşayış kompleksinin sahibi Vüqar Qasımov Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.
Təbrikdə qeyd olunur ki, Novruz bayramı xalqımızın minilliklər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin rəmzidir. Baharın gəlişi ilə təbiətin oyanması insanlara yeni ümidlər və xoş ovqat bəxş edir.
Vüqar Qasımov başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, şəhid ailələrini, qazilərimizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O bildirib ki, xalqımızın birliyi və dövlətimizin gücü sayəsində Azərbaycan daha da inkişaf edir və güclənir.
Qeyd edək ki, Vüqar Qasımov tanınmış iş adamı, sabiq deputat Əsabil Qasımovun qardaşıdır.
Sonda Vüqar Qasımov Novruz bayramı münasibətilə hər bir ailəyə sağlamlıq, xoşbəxtlik, ruzi-bərəkət və ölkəmizə daim sülh və əmin-amanlıq arzulayıb. ??