İqtisadiyyat naziri: "İqtisadi davranışımız da bu prinsiplərə uyğun formalaşmalıdır"

İqtisadiyyat
03.10.2025
11:49
İqtisadiyyat naziri:


"Ölkədə rəqabət siyasətinin tənzimlənməsi təkcə dövlət qurumlarının deyil, ümumilikdə cəmiyyətin maraqlarına xidmət edir".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirirsə, bu sistemli risklər yarada bilər:

"Bu məsələni həm sahəvi qurumların, həm də hər birimizin - vətəndaşların və iqtisadi iştirakçıların ekosistem kimi qəbul etməsi vacibdir. Ona görə də iqtisadi davranışımız da bu prinsiplərə uyğun formalaşmalıdır.

Bəzi hallarda sahəvi qurumların rəqabət siyasətinə dair yanaşmaları daha üstün ola bilər ki, bu da onların peşəkarlığı ilə bağlıdır. Bu, təbiidir və belə də olmalıdır. Lakin təhlükə ondan ibarətdir ki, əgər sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirirsə, bu, sistemli risklər yarada bilər".