General rəisi vəzifəsindən azad etdi

Hərbi
06.08.2026
10:21
General rəisi vəzifəsindən azad etdi


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib.



Manset.az-ın əldə etdiyi məlumata görə, Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib.

Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov əmr imzalayıb. Bu barədə məlumatı saytımıza qurumdan təsdiqləyiblər. Sorğumuza cavab olaraq bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib.

Digər əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb.