Yeni Ramanada sakinlərin alış-veriş etdiyi bazarın satışa çıxarılıldı

Ümumi
05.11.2026
22:09
Yeni Ramanada sakinlərin alış-veriş etdiyi bazarın satışa çıxarılıldı


Surəti: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyevə

Mövzu: Yeni Ramanada sakinlərin alış-veriş etdiyi bazarın satışa çıxarılması barədə

Hörmətli Adil müəllim!

Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində sakinlərin gündəlik alış-veriş etdiyi bazarın satışa çıxarıldığı barədə məlumat daxil olub.

Sözügedən bazar uzun müddətdir qəsəbə sakinlərinin gündəlik ticarət ehtiyaclarını ödədiyi məkanlardan biridir. Bazara mülkiyyət hüququnun kimə məxsus olduğu, onun hansı əsaslarla satışa çıxarıldığı və satışdan sonra fəaliyyətinin necə davam edəcəyi sakinlər arasında suallar yaradır.

Bununla əlaqədar aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş edirik:

1. Yeni Ramana qəsəbəsində yerləşən bazar həqiqətən satışa çıxarılıbmı?
2. Bazara mülkiyyət hüququ hansı şəxsə və ya quruma məxsusdur?
3. Satış həyata keçiriləcəyi təqdirdə bazarın gələcək fəaliyyəti və orada çalışan sahibkarların vəziyyəti necə olacaq?
4. Rayon İcra Hakimiyyətinin bu məsələ ilə bağlı məlumatı və mövqeyi nədən ibarətdir?

Redaksiyamız sakinləri maraqlandıran suallara aydınlıq gətirilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi mövqeyinizi öyrənmək istəyir.

Qurumunuzun mövqeyini dərc etməyə hazırıq.

Hörmətlə,
İnter Xəbər