Azərbaycanın ən çox xiyar ixrac etdiyi ölkələr açıqlandı
Siyasət
22.12.2025
19:30
Dovletxeber.az rəsmi statistikaya istinadən xəbər verir ki, xiyar əsasən Rusiya bazarına göndərilib. Qeyd edilən dövrdə RF-ya 1712.2 ton, Ukraynaya 38.2 ton və Gürcüstana 76.6 ton xiyar ixrac olunub.
Eyni dövrdə Azərbaycana xiyar idxalı da həyata keçirilib. Ölkəyə ümumilikdə 2 min 151.39 ton xiyar gətirilib. İdxalın əsas hissəsi İranın payına düşür - 2 min 150.74 ton. Türkmənistandan isə cəmi 640 kiloqram xiyar alınıb.
Ötən ilin müvafiq dövründə isə 1885.31 ton xiyar ixrac edilib, 2571.32 ton xiyar isə idxal olunub.
Qeyd edək ki, 2025-ci ilin 10 ayında Azərbaycan xiyar ixracından 1.6 milyon dollar qazandığı halda, idxala təxminən 1.2 milyon dollar xərcləyib. Ötən il isə rəqəmlər müvafiq olaraq belə olub: İxrac - 2 milyon dollar, idxal 1.4 milyon dollar.