Prezidentdən Ülvi Quliyevlə bağlı SƏRƏNCAM

Ümumi
16.09.2026
18:01
Prezidentdən Ülvi Quliyevlə bağlı SƏRƏNCAM


Milli Məclisin deputatı Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Ölkə.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub. 

Qeyd edək ki, Ülvi Zahid oğlu Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub. Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı seçilib. Sabah - sentyabrın 17-də Ülvi Quliyevin 60 yaşı tamam olur.